"Barselona" yeni rekorda imza atıb - ednews.net

8 İyun, Cümə axşamı

(+994 50) 229-39-11

"Barselona" yeni rekorda imza atıb

İdman A- A A+
 
"Barselona" cari mövsüm İspaniya La Liqasında keçirdiyi 27 matçın 20-də qol buraxmayıb.
 
Ednews xəbər verir ki, Kataloniya təmsilçisi bu göstəriciyə görə yeni rekoda imza atıb.
 
Komanda son olaraq XXVII turda "Elçe"ni dörd cavabsız qolla məğlub edib.
 
27 qarşılaşmada 71 xal toplayan "Barselona" çempionat tarixinin ikinci ən yaxşı nəticəsini də müəyyənləşdirib.
 
Qeyd edək ki, Xavi Ernandesin baş məşqçisi olduğu kollektiv hazırda turnir cədvəlində liderdir. Rəqibindən bir oyun az keçirən "Real Madrid" 56 xalla ikinci pillədə qərarlaşıb.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...