Azərbaycan boksçusu dünya çempionatında bürünc medal qazanıb - ednews.net

4 İyun,

(+994 50) 229-39-11

Azərbaycan boksçusu dünya çempionatında bürünc medal qazanıb

İdman A- A A+

Özbəkistanın paytaxtı Daşkənddə kişi boksçular arasında dünya çempionatında yarımfinal mərhələsinin döyüşləri keçirilir.

Federasiyadan Ednews-a saytına verilən məlumata görə, finala gedən yolda Azərbaycan millisinin heyətində Alfonso Dominqesin (86 kq) ardınca Məhəmməd Abdullayev (+92 kq) rinqə çıxıb.

O, 1/2 finalda kubalı Fernando Lopes Arzola ilə üz-üzə gəlib. Döyüşdə rəqib finala vəsiqə qazandığından Abdullayev dünya çempionatının bürünc medalla başa vurub. Bu, onun böyüklər arasında ardıcıl eyni əyarlı ikinci mükafatı olub.

Qeyd edək ki, daha öncə Dominqes yarımfinalda Georgi Kuşitaşvilini (Gürcüstan) 5:0 (29:28, 29:28, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub edərək ikinci dəfə dünya çempionatının finalına vəsiqə qazanıb. Olimpiya mükafatçımız həlledici görüşdə rusiyalı Şarabutdin Atayevlə döyüşəcək. Qarşılaşma mayın 14-də olacaq.



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...