Rusiya Olimpiya Komitəsinin (ROK) prezidenti Stanislav Pozdnyakov Rusiya yığmasının Asiya Oyunlarında iştirakına maneəni açıqlayıb.
O, bildirib ki, Beynəlxalq Olimpiya Komitəsinin tövsiyələrində irəli sürülən bir sıra siyasi tələblərə görə rusların bu yarışlarda mütəşəkkil iştirakının hipotetik ehtimalı qəribə görünür.
"Açıq şəkildə qeyd olunur ki, idmançıların nə öz milli federasiyalarını, nə də milli komitələrini təmsil etmək hüququ yoxdur",- deyə o, qeyd edib.
Qeyd edək ki, yanvarın 26-da Asiya Olimpiya Şurası (AOŞ) Rusiya və Belarus idmançılarını Asiya Oyunlarında iştirak etməyə dəvət edib. Yarış 2023-cü ilin payızında Çində keçiriləcək.
Yanvarın 25-də Beynəlxalq Olimpiya Komitəsi Rusiya və Belarus idmançılarının fərdi yarışlara buraxılması imkanlarını nəzərdən keçirdiyini açıqlayıb. Aydınlaşdırılıb ki, yalnız Ukraynada xüsusi əməliyyatın keçirilməsini dəstəkləməyən və antidopinq qaydalarını pozmayan idmançılar beynəlxalq turnirlərdə iştirak etmək üçün icazə ala biləcəklər.
Nurlana