Azərbaycan millisi FİFA reytinqində 1 pillə gerilədi

FİFA qadın milli komandaların reytinqini açıqlayıb.
 
Ednews saytının məlumatına görə, Azərbaycan yığması dünyada 79-cudur.
 
Komandamızın hesabında 1290,29 xal var. Sonuncu dəfə üç ay əvvəl açıqlanan siyahıda 78-ci olan millimiz 1 pillə geriləyib.
 
Qeyd edək ki, cədvələ 2090,03 xala malik ABŞ başçılıq edir. Almaniya (2061,56) ikinci, İsveç (2049,71) üçüncüdür.
 
 
 
Qənirə Paşayevanın son müsahibəsi - VİDEO