“Çelsi”nin keçmiş sahibi Roman Abramoviç Avropa İttifaqı sanksiyalarının ləğvi ilə bağlı məhkəmədə uduzub.
Ednews “Reuters”ə istinadən xəbər verir ki, Ukrayna hadisələri başlayandan sonra rusiyalı milyarderə qarşı sanksiyalar tətbiq edilib. İş adamı bununla bağlı Avropa İttifaqının Brüssel məhkəməsinə müraciət etsə də, istəyi alınmayıb.
Xatırladaq ki, sanksiyalara məruz qalan Abramoviç 2022-ci ildə “Çelsi”ni satıb. London klubu amerikalı sahibkar Todd Boley tərəfindən 4,82 milyard avroya alınıb. Razılaşmadan əldə edilən 2,6 milyard avro Ukrayna üçün humanitar yardıma xərclənməlidir.