"Zenit" "Pendikspor"un 22 yaşlı hücumçusu Erencan Yardımcı ilə maraqlanır.
Ednews xəbər verir ki, Sankt-Peterburq təmsilçisi artıq forvard üçün “Eyüpspor”la danışıqlara başlayıb.
Erencan müqavilə ilə məhz bu kluba məxsusdur. Onun "Eyüpspor"la müqaviləsi 2025-ci il iyunun 30-na qədərdir.
"Qalatasaray"ın yetirməsi olan gənc hücumçu bu mövsüm Türkiyə Superliqasında 19 matça çıxıb, 6 qol vurub, 1 məhsuldar ötürmə edib.