"Marsel"in hücumçusu Pyerr-Emerick Obameyanq Avropa Liqasının tarixinə düşüb.
Ednews əbər verir ki, qabonlu futbolçu pley-off mərhələsinin "Şaxtyor"la cavab matçında (3:1) qol vurmaqla buna nail olub.
34 yaşlı forvard Avropa Liqasının bombardirinə çevrilib. Qollarının sayını 31-ə yüksəldən Obameyanq Radamel Falkaonu (30 qol) qabaqlayıb.