Avropa Super Liqası turniri adını dəyişməli olacaq.
Ednews xəbər verir ki, bu barədə "The Telegraph" nəşri məlumat yayıb. Avropa İttifaqı belə nəticəyə gəlib ki, Superliqa öz adını dəyişməlidir. Çünki bu adda brend artıq Danimarka çempionatına aiddir.
Danimarka Super Liqası öz adını rəsmi olaraq Avropa Birliyində ticarət nişanı kimi qeydiyyata alıb. Bu səbəbdən Avropa Super Liqası layihəsi bundan istifadə edə bilmir. Avropa İttifaqı məhkəməsi Danimarka liqasının xeyrinə qərar çıxarıb.
Bu baxımdan hələ yaradılmayan Super Liqa başqa ad seçməli olacaq.
2021-ci ilin aprelində 12 klub Super Liqanın yaradıldığını elan edib. Lakin UEFA və FİFA-nın hədələrindən sonra layihənin başlanması dayandırılıb. 2023-cü il dekabrın 21-də Avropa Məhkəməsi FİFA və UEFA-nın yeni turnirin yaradılmasına mane olmaq üzrə hərəkətlərini qanunsuz elan edib.