Argentina millisinin və "İnter Mayami"nin hücumçusu Lionel Messi El Salvador və Kosta-Rika ilə yoldaşlıq görüşlərində iştirak etməyəcək.
Ednews xəbər verir ki, bu barədə "TyC Sports" məlumat yayıb. Forvard əzələ zədəsi səbəbindən matçı buraxacaq. Oyunlar martın 23 və 26-da keçiriləcək.