“Qarabağ”ın U-14 komandası Belarusun paytaxtı Minskdə keçirilən “Naşe Buduşeye” (Bizim Gələcəyimiz) beynəlxalq turnirinin çempionu olub.
Ednews-un məlumatına görə,14 yaşlılardan ibarət komandamız yarımfinalda “Pskov”a 1:0 hesabı ilə qalib gəlib. Asif Əlizadənin baş məşqçisi olduğu ağdamlılar final oyununda BATE ilə qarşılaşıb.
BATE-ni də 1 qolla məğlub edən “Qarabağ” turnirin qalibi adına yiyələnib.