"Mançester Yunayted" baş məşqçisi Erik ten Haqın yerinə 9 namizədi müzakirə edib.
Ednews xəbər verir ki, bu barədə ESPN məlumat yayıb. Klub rəhbərliyi hazırkı baş məşqçinin gələcəyi ilə bağlı hələ yekun qərar verməsə də, artıq mümkün alternativləri araşdırır.
Namizədlər arasında Qaret Sautqeyt, Qrem Potter, Roberto De Zerbi, Tomas Frank , Tomas Tuhel, Xulen Lopeteqi, Zinəddin Zidan, Ruben Amorim və Yulian Nagelsmann var.
Ten Haq 2022-ci ilin yayında “Mançester Yunayted”i çalışdırır.