“Araz Naxçıvan” klubunun baş məşqçisi istefa verib.
Ednews xəbər verir ki, bu barədə Naxçıvan klubundan məlumat verilib.
Dünən Premyer Liqanın 29-cu turunda “Kəpəz”ə məğlubiyyətdən sonra klub rəhbərliyinin baş məşqçi ilə görüşü olub. Nəticədə qarşılıqlı razılıq əsasında Azər Bağırovla ilə yollar ayrılıb.
Qeyd edək ki, "Araz-Naxçıvan” ötən mövsüm Azər Bağırovun rəhbərliyi altında I Divizionun çempionu olub. Komanda 29 turdan sonra 32 xalla turnir cədvəlinin 8-ci pilləsindədir.