"Qarabağ" və "Qalatasaray" klubları növbəti dəfə yoldaşlıq oyununda üz-üzə gələcək.
Ednews xəbər verir ki, qarşılaşmanın bu yay keçirilməsi planlaşdırılır. Görüşün vaxtı və yeri daha sonra müəyyənləşəcək.
Xatırladaq ki, bu komandalar arasında ilk oyun ötən ilin martında Bakıda keçirilmiş və “Qalatasaray”ın 2:1 hesablı qələbəsi ilə başa çatmışdı.