Almaniyada təşkil olunan Avropa çempionatının 1/4 finalında baş tutan Niderland - Türkiyə matçının ən yaxşı futbolçusu müəyyənləşib.
Ednews UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, Niderland yığmasının müdafiəçisi Stefan De Vray oyunun ən yaxşısı adına layiq görülüb.
Qeyd edək ki, Niderland - Türkiyə görüşü birincilərin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.