İngiltərə yığmasının baş məşqçisi Qaret Sautqeyt ardıcıl ikinci Avropa çempionatının final oyununda aldığı məğlubiyyətdən sonra istefa verib.
Ednews xəbər verir ki, bu barədə "BBC" məlumat verir.
53 yaşlı mütəxəssis rəhbərlik etdiyi 8 il ərzində ölkəsini 102 oyun idarə edib. Onun müqaviləsi bu ilin sonunda başa çatmalı idi.
"Qürurlu bir ingilis kimi, bu millidə oynamaq və İngiltərəni idarə etmək mənim həyatımın ən böyük şərəfi oldu. Bu, mənim üçün hər şey deməkdir və mən ona hər şeyimi vermişəm. Lakin dəyişiklik və yeni bir fəslin vaxtıdır", - deyə o, deyib.
Əkbər Novruz