Türkiyə millisinin və "Fənərbağça"nın sabiq futbolçusu Emre Belözoğlu motosiklet qəzası keçirib.
"EDnyus" qardaş ölkə mətbuatına istinadən xəbər verir ki, hadisədən dərhal sonra 44 yaşlı mütəxəssis xəstəxanaya çatdırılıb.
Həkimlər onun vəziyyətinin yaxşı olduğunu bildiriblər.
Qeyd edək ki, E.Belözoğlu "Fənərbağça", "Başakşəhər" və "Ankaragücü" klublarının baş məşqçisi olub.