"Real Madrid”, “Arsenal” və “Fənərbağça” kimi futbol komandalarında çıxış etmiş Almaniya millisinin sabiq yarımmüdafiəçisi Məsud Özil Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının Mərkəz Qərar və İdarə Komissiyasının (MQİK) üzvü seçilib.
"EDnews" xəbər verir ki, bu günAK Partiyanın 8-ci Böyük Qurultayı Ankarada keçirilib. Qurultayda 1 607 nümayəndə səs verir və yeni rəhbərlik müəyyənləşdirilib.
Partiya sədri Rəcəb Tayyib Ərdoğan qurultayda Mərkəz İcra Komissiyası və MQİK heyətlərini açıqlayıb və Məsud Özil də bu siyahıya daxil edilib.Qeyd edək ki, Özil futbolçu karyerasını 2023-cü ildə başa vurub.