Serbiyanın ev sahibliyi etdiyi Gimnaziada İdman Oyunları davam edir.
“EDnews” xəbər verir ki , yarışın altıncı günündə Azərbaycan idmançıları da mübarizə aparacaqlar.
Təmsilçilərimiz çimərlik voleybolu, kamandan oxatma, cüdo, stolüstü tennis, 3x3 basketbol, boks, badminton, parabadminton,üzgüçülük, paraüzguçülük və karatedə qüvvələrini sınayacaqlar.
Yarışlar aprelin 12-də başa çatacaq.
Fatimə Mərdanlı // EDnews