Futzal üzrə Azərbaycan milli komandası bu gün Avropa çempionatının əsas seçmə mərhələsində sonuncu oyununu keçirəcək.
“EDnews” xəbər verir ki , 5-ci qrupda yer alan yığma Bakıda Xorvatiya seçməsi ilə qarşılaşacaq.
Bakı İdman Sarayında təşkil olunacaq görüş saat 20:00-da başlayacaq. Qarşılaşmanı Kiprdən olan hakimlər briqadası idarə edəcək.
Qeyd edək ki, Xorvatiya seçməsi qrupda 15 xalla liderdir. Azərbaycan millisi isə 2 xalla sonuncu – dördüncü sıradadır.
Fatimə Mərdanlı // EDnews