Modriç "Real"ın heyətində Çempionlar Liqasında ən çox oyun keçirən futbolçu olub.
“EDnews” xəbər verir ki , bu barədə Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası məlumat yayıb.
Evdə İngiltərə təmsilçisi "Arsenal"a uduzduqları (1:2) 1/4 final mərhələsinin cavab oyunu təcrübəli yarımmüdafiəçinin "Real"ın formasında ÇL-də 134-cü matçı kimi tarixə düşüb.
O, paytaxt klubunun sabiq hücumçusu Kərim Benzemanı (133) geridə qoyub.
Fatimə Mərdanlı // EDnews