Futbol üzrə Türkiyə Kubokunun qalibi məlum olub.
“EDnews” xəbər verir ki, finalda “Trabzonspor” və “Qalatasaray” komandaları üz-üzə gəlib. Qaziantep şəhərində keçirilən görüş İstanbul təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Bununla da "cim-bom" tarixində 19-cu dəfə bu titula sahib çıxıb.
Görüşü Cihan Aydın idarə edib.
Fatimə Mərdanlı //EDnews