Avropanın ən bahalı klublarının reytinqi açıqlanıb.
“EDnews” xəbər verir ki, bununla bağlı "Football Benchmark Group" agentliyi məlumat paylaşıb.
Siyahıda birinci yeri 6.3 milyard avro dəyərində olan "Real Madrid" tutub. "Mançester Siti" 5.2 milyard, "Mançester Yunayted" isə 5.1 milyard avro ilə üçüncü olub.
Ümumilikdə Premyer Liqanın doqquz klubu reytinqin ilk 20-liyinə daxil olub.
Avropanın ən zəngin klubları:
1. "Real Madrid" (İspaniya) - 6.3 milyard avro;
2. "Mançester Siti" (İngiltərə) - 5.2 milyard avro;
3. "Mançester Yunayted" (İngiltərə) - 5.1 milyard avro;
4. "Barselona" (İspaniya) - 4.5 milyard avro;
5. "Bavariya" (Almaniya) - 4.3 milyard avro;
6. "Liverpul" (İngiltərə) - 4,1 milyard avro;
7. "Arsenal" (İngiltərə) - 3.9 milyard avro;
8. PSJ (Fransa) - 3.8 milyard avro;
9. "Tottenhem" (İngiltərə) - 3.6 milyard avro;
10. "Çelsi" (İngiltərə) - 2.9 milyard avro;
11. "Borussiya Dortmund" (Almaniya) - 2.3 milyard avro;
12. "Atletiko Madrid" (İspaniya) - 1.9 milyard avro;
13. "Milan" (İtaliya) - 1.8 milyard avro;
14. "İnter" (İtaliya) - 1.7 milyard avro;
15. "Yuventus" (İtaliya) - 1.6 milyard avro;
16. "Vest Hem" (İngiltərə) - 1.2 milyard avro;
17. "Napoli" (İtaliya) - 1.1 milyard avro;
18. "Ayntraxt" (Frankfurt, Almaniya) - 0.9 milyard avro;
19. "Aston Villa" (İngiltərə) - 0.8 milyard avro;
20. "Everton" (İngiltərə) - 0.6 milyard avro.