UEFA Millətlər Liqasının yarımfinal mərhələsində maraqlı görüş keçirilib. Ötən gecə Almaniya millisi Portuqaliya ilə qarşılaşıb.
Gərgin keçən oyunda Portuqaliya yığması qalib gəlməyi bacarıb. Görüşdə Fransişku Konseyşan və Kriştiano Ronaldo fərqlənərək komandasına qələbə gətiriblər.
Almaniya millisinin yeganə qolunu isə Florian Virtz vurub.
Fatimə Şükürova // EDnews