Cümə günü Aralıq dənizində qayıqlarla Afrikadan Avropa sahillərinə gəlməyə can atan minə yaxın miqrant xilas edilib.
Bu barədə İtaliyanın Sahil Mühafizə Xidməti məlumat yayıb.
Son sutka ərzində ümumilikdə 9 axtarış-xilasetmə əməliyyatı həyata keçirilib.
Miqrant qayıqlarının birində qaçqınlardan birinin meyiti aşkar edilib.