İtaliya Alplarında bir qrup xizəkçi qar uçqununa düşüb.
AZƏRTAC xəbər verir ki, La Repubblica qəzetinin məlumatına görə, təxminən 20 xizəkçi qar altında qalıb. Hadisə nəticəsində azı iki nəfərin həlak olduğu, çoxlu yaralının olduğu bildirilir.
Axtarış-xilasetmə əməliyyatlarına iki helikopter, xilasedicilər və həkimlər cəlb olunub.
İlkin məlumata əsasən, zərər çəkənlərin əksəriyyəti əcnəbilərdir.