Avstraliya parlamentində kiçik və orta biznes üçün vergi yükünün azaldılması üzrə müvafiq müddəalar müzakirə edilib, müasir reallıqlar nəzərə alınmaqla vergi dərəcələrinin optimallaşdırılması barədə üçillik proqram qəbul olunub.
Nəzərdə tutulan dəyişikliklərdən biri də hər hansı şirkətin kiçik biznesə aid edilməsi üçün onun illik maksimal dövriyyəsinin həddinin 2 milyon Avstraliya dollarından (1 AUD =1,29388 manat) 10 milyon dollara qaldırılmasıdır.
Korporativ verginin dərəcəsi isə 28,5 faizdən 27,5 faizə endirilib. 2025-ci ilə qədər isə bu dərəcənin 25 faizədək aşağı salınacağı planlaşdırılır.