11 Sentyabr hadisələri zamanı həlak olmuş şəxsin cəsədi 16 il sonra tanınıb.
Bununla bağlı Nyu York tibb müəssisəsinin nümayəndələri məlumat veriblər.
Aparılan araşdırmalardan sonra cəsəd ailəsinə təhvil verilib. Bununla da terror hücumu zamanı ölənlərdən 1641-nin cəsədi tanınıb.
Qeyd edək ki, 2001-ci ildə Əl-Qaidə terror təşkilatının Nyu Yorkda yerləşən Dünya Ticarət Mərkəzinin əkiz qüllələrinə etdiyi hücum zamanı 2753 nəfər həlak olub.(teleqraf.com)