Alman deputatın Türkiyədə həbs edilməmək üçün zəmanət istəməsi axmaqlıqdır.
Bu sözləri Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu mətbuata açıqlamasında deyib.
“Türkiyəyə gələn almanların sayı 5 milyonu ötür. Bu insanlar istirahət, iş və investisiya üçün gəlir. O şəxsin toxunulmazlığı da var. Türkiyə beynəlxalq hüquqa hörmət edir. Ölkəsi göndərirsə, səfər edib geri qayıdar. Lakin bir həqiqət var ki, Almaniya parlamentində PKK-ya dəstək verən deputatlar var. Bizdə CHP-nin tərkibində DHKP-C-yə rəğbəti olanlar kimi”, - nazir bildirib.
Qeyd edək ki, Almaniyanın solçu Di Linke partiyasının deputatı Aleksandr Neu Türkiyəyə səfər edəcəyi təqdirdə orada həbs edilməməsi üçün ölkəsinin müvafiq qurumundan zəmanət istəyib.(axar.az)