Keniyanın paytaxtı Nayrobi şəhərində kütləvi iğtişaşlar başlayıb.
Buna ölkədə keçirilmiş prezident seçkilərinin nəticələrinin açıqlanması səbəb olub.
Keniyanın hazırkı prezidenti Uhura Keniata ikinci müddətə seçilib. Seçkilərdə 54% səs toplayan U.Keniata rəqibi, sabiq baş nazir Railu Odinqunu (44%) qabaqlayıb.
Yüzlərlə polis əməkdaşı ictimai asayişi təmin etməyə çalışsa da, şəhərin müxtəlif ərazilərində atəş səslərinin eşidildiyi bildirilir.
Qeyd edək ki, beynəlxalq müşahidəçilər seçkilər prosesində kobud pozuntu hallarının olmadığını təsdiqləyiblər. (apa)