Türkiyənin məşhur müğənni Sibel Can xəstəxanalıq olub.
Türk mətbuatı xəbər verir ki, ifaçı Bodrumda konsert proqramı ilə çıxış edərkən halı pisləşib.
Səhnədən enən kimi özəl xəstəxanaların birinə göndərilən Sibel Can gecəni orada keçirib.
Qeyd edək ki, hazırda infeksional xəstəliyə yaxalanan sənətçinin vəziyyəti yaxşıdır.