Qətər vətəndaşları həcc ziyarəti üçün elektron viza almadan Səudiyyə Ərəbistanına səfər edə biləcəklər.
Səudiyyə Ərəbistanı kralı Salman bununla bağlı fərman imzalayıb.
Məlumata görə, Səudiyyə kralı Salman və vəliəhd-şahzadə Məhəmməd bin-Salman Qətər hakimiyyətindəki əl-Sani ailəsinin üzvü Abdullah bin-Ali bin-Abdullah bin-Casim əl-Sanini Ciddədəki Əs-Salam sarayında qəbul edib.
Qəbuldan sonra Qətər vətəndaşlarının həcc ziyarəti xərclərinin Səudiyyə Ərəbistanı kralı tərəfindən ödəniləcəyinə dair qərar qəbul olunduğu açıqlanıb. (report)