Səudiyyə Ərəbistanının hava yolu şirkəti qətərli zəvvarları daşımaq üçün lazım olan icazəni ala bilmədiyini açıqlayıb.
Bbu barədə “Reuters” informasiya yayıb.
Hava yolları şirkəti tərəfindən verilən açıqlamada Doha hava limanından zəruri icazənin verilmədiyi və bu səbəbdən Qətərə sərnişin təyyarəsi göndərə bilməyəcəkləri bildirilib.
Xatırladaq ki, Səudiyyə Ərəbistanı qətərli zəvvarların əvvəlcədən icazə almadan ölkəyə girə biləcəklərini, xərclərinin də Kral Salman bin-Əbdüləziz tərəfindən qarşılanacağını bildirmişdi.(axar.az)