Rusiyanın Sudandakı səfiri Mirqayas Şirinskinin ölümünün ilkin səbəbi məlum olub.
APA-nın məlumatına görə, bu barədə “Al Arabiya” telekanalı xəbər verib.
Məlumata görə, 63 yaşlı M.Şirinskiy yüksək qan təzyiqindən əziyyət çəkirmiş. Onun meyiti Xartum şəhərində iqamətgahındakı hovuzda aşkarlanıb.
Qeyd edək ki, M.Şirinskiy son il ərzində dünyasını dəyişən sayca 9-cu Rusiya diplomatıdır.
***
Rusiyanın Sudandakı səfiri ölkənin paytaxtı Xartumda öz iqamətgahında ölü tapılıb.
Rusiya XİN məlumatı təsdiqləyib.
Hadisənin təfərrüatları barədə məlumat verilmir.
Qeyd edək ki, 2013-cü ildən Rusiyanın Sudandakı diplomatik missiyasına Mirqayas Şirinski rəhbərlik edir.