Aparıcı-aktyor Vatan Şaşmazın ölümü ilə bağlı təfərrüatlar bitmək bilmir.
Yenicə Filiz Ağərin Vatan Şaşmazın anası Safiyə Saydamla da yazışdığı üzə çıxıb. Belə ki, Safiyə sosial şəbəkədə oğlu ilə gəlininin fotosunu paylaşdıqdan sonra Filiz 2 fərqli İnstaqram hesabından “Sizə də xeyirli bayramlar diləyirəm” yazıb. Qarşılığında isə Safiyə Saydam Filiz Ağərə “ürək” işarəsi göndərib.
Həmçinin Filizin Vatanla görüşmədən öncə ona yazdığı son mesaj da ortaya çıxıb. Vatan Şaşmazı qətlə yetirməzdən əvvəl Filiz Ağər ona “Gəl, danışıb halallaşaq” deyə ismarış yollayıb. Otel otağında yaranan mübahisədən sonra isə Vatana kürəyindən 4 güllə vuraraq öldürüb. Daha sonra həbsə düşmək istəmədiyindən özünü öldürmək istəyib. Lakin həyəcandan əli tərlədiyindən silahı tuta bilməyib. Filiz silah sürüşməsin deyə, sağ əlinə əlcək geyinərək öz başına atəş aça bilib.(teleqraf.com)