Ukrayna Prezidenti Pyotr Poroşenko Xarkov vilayətində yeni tədris ili münasibəti ilə məktəblərdən birini ziyarət edib.
Prezident Xarkovda məktəblilər qarşısında çıxış edərkən özünün məktəb həyatından da danışmağı unutmayıb.
“Məktəbdə əla qiymətlərlə oxumuşam. Deyə bilərəm ki, 10 il ərzində bir dəfə də olsun 4 qiyməti almamışam”, - Poroşenko bildirib.
Ukrayna prezidenti məktəblilərin hazırkı şəraitdə daha yaxşı təhsil almaq imkanlarının olduğunu və Ukraynanın gələcəyi üçün məsuliyyət daşıdıqlarını qeyd edib. (Axar.az)