Türk Hava Yollarının İstanbul-Ərbil səfərini həyata keçirən təyyarənin pilotu orqan daşıması səbəbi ilə qüllədən havaya daha tez qalxması üçün icazə istəyib.
Bu barədə CNN Türk informasiya yayıb.
Orqan köçürülmə əməliyyatına “tibbi dəst” daşıyan təyyarə pilotu gərgin qrafik səbəbi ilə Hava Nəqliyyatına Nəzarət qülləsinə müraciət edərək, vaxtından əvvəl uçuş üçün icazə istəyib. Bundan sonra pilota qüllədən erkən uçuş üçün icazə verilib.
Beləliklə, təyyarə Ərbilə nəzərdə tutulan vaxtdan 8 dəqiqə əvvəl çatıb. (Axar.az)