Nobel komitəsi Nobel Sülh Mükafatının sahibi Myanma Prezidenti Aung San Suu Çiinin mükafatının geri alınmayacağını açıqlayıb.
Komitənin sözçüsü Olav Njolstad açıqlama verərək "1991-ci ildə Aung Sana verilən mükafatın geri alınması mümkün deyil. Komitə mükafatlandıracağı şəxsləri o dövrə qədərki fəaliyyətlərinə əsasən müəyyənləşdirir, sonrakı fəaliyyətləri ilə bağlı mövqe nümayiş etdirə bilməz" deyib.
Qeyd edək ki, Myanma hökumətinin terrorçu qruplara qarşı başladığı hərbi əməliyyatlarda çox sayda mülki şəxs qətlə yetirilib. Hökumətin hadisələrə müdaxilə etməməsi Myanma prezidentinə qarşı etirazlara, hətta Nobel Sülh Mükafatının geri alınması tələbinə səbəb olub. Bunun üçün təşkil edilən imza kampaniyasında 300 mindən çox şəxs iştirak edib. (Qaynarinfo)