Myanma hökumətinin Rohingya müsəlmanlarına qarşı hərbi əməliyyatı etnik təmizləmə hesab oluna bilər.
Bunu BMT-nin İnsan hüquqları üzrə Şurasının sessiyası zamanı təşkilatın insan hüquqları üzrə ali komissarı Zeyd Raad əl-Hüseyn deyib.
O, hökuməti müsəlmanlar və Myanma ordusu arasında toqquşmaların baş verdiyi ştata BMT nümayəndələrinin çıxışını təmin etməyə çağırıb: " Myanma hökuməti bölgəyə insan hüquqları üzrə mütəxəssislər buraxmadığı üçün vəziyyəti dəqiqliklə müəyyənləşdirmək mümkün deyil. Mən hökuməti hərbi əməliyyata son qoymağı, bütün günahkarları məsuliyyətə cəlb etməyə və Rohingya müsəlmanlarına qarşı amansız ayrı-seçkiliyə son qoymağa çağırıram".