Almaniyada seçki - Merkel 4-cü dəfə qalib gəldi | Eurasia Diary - ednews.net

19 Noyabr, Çərşənbə axşamı


Almaniyada seçki - Merkel 4-cü dəfə qalib gəldi

Dünya A- A A+
Almaniyada federal məclisə seçkilərin ilkin nəticələri açıqlanmaqdadır.
 
Səsvermə artıq yekunlaşıb.
 
İlkin məlumatlara görə, Angela Merkelin rəhbərlik etdiyi Xristian Demokratlar Partiyası (CDU) seçkilərdə 32.5 faiz səs toplayaraq birinci olub. Növbəti yerləri Almaniya Sosial Demokratlar (SPD) Partiyası (21 faiz), Almaniya üçün Alternativ (AfD) Partiyası (13.5) bölüşüblər.
 
SPD Merkelin partiyası ilə koalisiya qurmayacaqlarını bəyan edib. SPD rəsmisi Manuela Scvesig bəyan edib ki, nəticələr onlar üçün uğurludur: "Ana müxalifət olacağıq".
 
İfrat sağçı AfD isə bəyan edib ki, ölkəni dəyişmək üçün əllərindən gələni edəcəklər.
 
Qeyd edək ki, seçkilərdə təxminən 61,5 milyon alman iştirak edib. Onların səsi uğrunda 42 partiya mübarizə aparıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...