Bu kənddə ara qarışdı: polisə hücum edildi - hadisə yerinə xüsusi təyinatlılar cəlb OLUNDU | Eurasia Diary - ednews.net

12 Dekabr, Cümə axşamı


Bu kənddə ara qarışdı: polisə hücum edildi - hadisə yerinə xüsusi təyinatlılar cəlb OLUNDU

Dünya A- A A+
Gürcüstanın Samtsxe-Cavaxeti bölgəsinin Kumudro kəndinin sakinləri hüquq-mühafizə orqanları ilə əlbyaxa olublar.
 
Sakinlər kənd kilsəsinin həyətində və qəbirlərin üzərində daşdan xaç quraşdırmaq istəyiblər, lakin müvafiq əmrə istinadən edən polis onların əraziyə keçməsinə icazə verməyib. Bu isə sakinlərin qəzəblənməsinə səbəb olub. Nəticədə mübahisə əlbəyaxa davaya keçib. Bu səbəbdən əraziyə xüsusi təyinatlılar cəlb olunub.
 
Hadisə yerinə dərhal daxili işlər naziri Georgi Mqebrişvili yollanıb. Nazir artıq sakinlərlə görüşüb, ardınca yaralılara baş çəkib. Yaralananlar arasında polis nəfərləri də var.
Qeyd edək ki, adıçəkilən kənddə ermənilər sıx məskunlaşıb.
 
Kilsə isə Gürcüstanın mədəni irsi hesab olunur.
 
Hazırda xaçın quraşdırılmasına icazənin verilməsi üçün danışıqlar aparılır.(apa)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...