Rusiya Ermənistana müasir silahlar və hərbi texnikanın alınması məqsədi ilə 100 milyon dollarlıq yeni kredit verəcək.
Kredit razılaşmasının təsdiqi məsələsi bu gün Ermənistan hökumətinin iclasında müzakirə ediləcək.
Razılaşmaya uyğun olaraq, kredit Ermənistana 20 il müddətinə verilir. Bu müddətin 5 ilinin illik 3 faiz dərəcəsi ilə güzəştli olması nəzərdə tutulub. Kredit razılaşmasına əsasən, Ermənistan Müdafiə Nazirliyi və Rusiyanın “Rosoboroneksport” Açıq Səhmdar Cəmiyyəti arasında ayrı müqavilələr bağlanacaq, silahların və hərbi texnikanın çatdırılmasının müddətləri uyğunlaşdırılacaq.
Xatırladaq ki, 2015-ci ildə Moskva Ermənistana silahların və hərbi texnikanın alınması üçün 10 illik müddətə 200 milyon dollar kredit verib.(publika.az)