BBC-nin kişi radio aparıcısı iş yoldaşlarına qarşı əxlaqsızlıq etməkdə günahlandırılır.
Adı mətbuata açıqlanmayan şəxs 7 qadın kolleqasını iş vaxtı narahat etdiyinə görə onunla bağlı araşdırma aparılır.
Qadınların iddiasına görə o, iş vaxtı onların ətəyini qaldırıb, onların intim yerlərinə toxunub.
Məsələ ilə bağlı BBC-nin sözcüsü açıqlama verib. O, bildirib ki, şikayətlərə ciddi yanaşılacaq və həmin şəxslə bağlı iddialar dəqiqləşəndən sonra işdən uzaqlaşdırılacaq.