Türkiyədə 15 iyul 2016-cı ildə yaşanan çevrilişə cəhd gecəsi ilə bağlı yeni görüntülər yayılıb. Görüntülərdə ordu rəhbəri, ölkənin Baş Qərargah rəisi Hulusi Akarın xuntaçı əsgərlər tərəfindən iqamətgahdan çıxarılaraq "Akıncı" hərbi bazasına aparılması əks olunur. Elə bu ərəfədə Qərargahın önündə toplaşan yüzlərlə vətəndaş, ordu generalını aparmağa çalışan çevrilişçilərə mane olmağa çalışır.