Hər bölümü ilə böyük maraq toplayan “Beyaz Show”nun bu dəfəki qonağı məşhur Hollivud ulduzu Jan Klod Van Dam olub.
Türkiyədə də investisiya yatıracağı xəbərləriylə gündəmə gələn Jan Klod Van Dam türklərə təriflər yağdırıb.
O, türkləri çox sevdiyini bildirib: “Türkləri özümə bənzədirəm”.
Van Dam Osmanlı İmperatorluğundan təriflə bəhs edib və Türkiyənin gələcəkdə çox yaxşı yerlərdə olacağına inamının tam olduğunu sözlərinə əlavə edib: “Türkiyə Osmanlı İmperatorluğundan qalma möhtəşəm bir tarixə və mədəniyyətə malikdir. İnanıram ki, Türkiyənin gələcəyi də mükəmməl olacaq. Mən də bu gələcəyə necə töhfə gətirə bilərəm deyə buradayam”.
Məşhur Hollivud ulduzunun bu sözləri sosial mediada böyük əks-səda doğurub.(primetime.az)