Türkiyənin televiziya tarixində ən uzunömürlü serial olan “Kurtlar Vadisi” ekranlara geri dönür.
Bu barədə serialın baş qəhrəmanı Necati Şaşmaz açıqlama verib. O, qatıldığı tədbirlərin birində müxbirlərin suallarını cavablandırıb.
“2003-cü ildə yayımlanmağa başlayan “Kurtlar Vadisi” 2018-ci ildə “Kurtlar Vadisi Xaos” olaraq ekranlara geri dönəcək. Fevral ayında izləyicilərin ixtiyarına veriləcək serialın hansı kanalda yayımlanacağını yaxın zamanda açıqlayacağıq. “Kurtlar Vadisi Xaos”da ABŞ, Makedoniya, Əfqanıstan və Myanmada baş verən hadisələr yer alacaq”.