"Aclıq aksiyası keçirən "Sasna Tsrer" qruplaşmasının 2 üzvünün səhhəti hər saat daha da ağırlaşır. Onlar şıltaqlıqdan aclıq aksiyası keçirmirlər, onların tələbləri yerinə yetirilməlidir".
Bu barədə erməni mətbuatına “Erməni dövləti naminə” cəbhənin üzvü, ASALA terror təşkilatının sabiq üzvü Alek Yeniqomşyan məlumat verib.
"Biz ümid edirik ki, ağıllarını başlarına toplayıb, özündə heç bir problemi əks etdirməyən, sadəcə bütün məsələnin "Nubaraşen" cəzaçəkmə müəssisəsindən "Armavir" cəzaçəkmə müəssisəsinə köçürməklə, orada ayrı qəfəsdə saxlanması tələbindən ibarət olan məsələnin müsbət həllini uzadmayacaqlar.
Ümid edirik ağıllanıb buna qərar verərlər, əlavə gərginliklərə ehtiyac qalmaz. Ancaq dediyim kimi, günbəgün yox, hər saat səhhətləri pisləşir, təbii ki, biz əllərimizi sallayaraq durmayacağıq. Əgər ağıllarını başlarına toplamazlarsa, biz müvafiq addımlara əl atacağıq və onlar tərəfindən də istənilən cavab addımlarına da hazırıq", - deyə Yeniqomşyan Sarkisyan rejimini təhdid edib. (ordu.az)