İdlibdə bombaların hədəfi olmaqdan qorxan dinc sakinlər başlarına qazan keçirib yatırlar.
Suriyada müxaliflərin son dayanacağı olan İdlibdə yaşayan dinc sakinlər qorunmaq üçün gecələr başlarına qazan keçirdikdən sonra yatırlar.
Suriyada 7 ildir davam edən vətəndaş müharibəsi nəticəsində müxaliflərin son dayanacağına çevrilən İdlibdə hazırda 3 milyona yaxın dinc sakin yaşamağa çalışır. 70-110 dollar gəlirləri olan bu ailələr müharibə şəraitində bu gün həyatla mübarizə aparırlar.(metbuat.az)