Yaponiyanın NHK dövlət-ictimai telekanalı Şimali Koreyadan ballistik raket buraxılması və əhalinin təcili təlxiyəsi ilə bağlı xəbərdarlıq yayıb.
AsiaOne bildirir ki, NHK az sonra rəsmi saytında üzrxahlıq edib, xəbərdarlığın yanlış olduğunu bildirib.
"Şimali Koreyadan raket buraxılması barədə J-Alert ani xəbərdarlıq sisteminin işə düşməsi barədə məlumat yanlışdır. Üzr istəyirik", - açıqlamada deyilir.
Yanvar ayında ABŞ-ın Havay ştatında analoji xəbərdarlıq yayılmışdı.
"Havay istiqamətində ballistik raket təhlükəsi! Dərhal sığınacaq axtarın! Bu, təlim deyil", - SMS-lə göndərilmiş xəbərdarlıqda deyilirdi.
Ştatın hakimiyyət dairələri təkzib yayanadək təlaş yarım saat davam edib.
İnsidentdən sonra qərara alınıb ki, xəbərdarlıq yalnız agentliyin iki əməkdaşının iki düyməni eyni vaxtda basmalarından sonra yayılacaq.(Milli.Az)