ABŞ Prezidenti Donald Tramp ukraynalı həmkarı Pyotr Poroşenko ilə Davosda keçirilən Dünya İqtisadi Forumunda vaxt çatışmazlığı səbəbindən görüşə bilməyib.
CBS telekanalının jurnalisti Marqaret Brennan Twitter səhifəsində bu barədə yazıb.
"Dövlət katibi Tillerson Davosda qaldı və indicə Ukrayna Prezidenti Pyotr Poroşenko ilə görüşdü. Tillerson ona Donald Trampın da onunla görüşmək istədiyini, lakin vaxt azlığından alınmadığını söyləyib. Tramp artıq Vaşinqtona qayıdır”, - Brennan qeyd edib.