Ermənistanın Azərbaycana qarşı hazırladığı yeni ordu

Dünya 18:23 01.02.2018

Ermənilər əsas diqqəti üç istiqamətə yönəldəcəklər

Ermənistanda Qarabağ müharibəsi ilə bağlı narazılıqların artması müdafiə naziri Viqen Sarkisyanı indiyə kimi görünməmiş addım atmağa sövq edib.

Ermənistan müdafiə nazirliyinin yanında  "Silahlı qüvvələrin mediası" dövlət qurumu yaradılacaq. “NEWS.am” bildirir ki, Viqen Sarkisyan bunun layihəsini artıq hökumətə təqdim edib. 

Quruma üçə yaxın müstəqil fəaliyyət göstərən idarə də qatılacaq.  Rəsmi məlumatda iddia edilir ki, qurumun əsas məqsədi  ordu ilə ictimaiyyətin əlaqələrini möhkəmləndirmək, gəncləri vətənpərvərlik ruhunda tərbiyə etmək və milli özünü dərki gücləndirməkdir.

Əslində, bu sözlərin arxasında erməni cəmiyyətində son 25 ildə Qarabağın işğalı ilə bağlı yaranmış ciddi problemlər durur. Birinci problem əsgər ailələri ilə hakim klan arasında övladlarının xidmət yeri ilə bağlı qarşıdurmadır. Ermənistanda böyümüş, lakin hərbi  xidməti Qarabağda keçən əsgərlərin anaları tez-tez küçələrə çıxaraq övladlarının xidmət yerinin Ermənistana dəyişməyi tələb edirlər. Bu qadınlar hətta İrəvanda Prezident Administrasiyasının qarşısında günlərlə davam edən piketlər, etiraz aksiyaları keçirirlər.  Aprel döyüşlərindən sonra Ermənistan ordusu erməni xalqının gözündə korrupsi ya ocağına çevrilib və bu,  mətbuata da tez-tez sirayət edir. Döyüşlər zamanı aydın oldu ki, komandirlər hətta tanklar üçün nəzərdə tutulmuş benzini belə satmaqdan çəkinmirlər. 

 

Bu cür korrupsiya əməlləri bu gün də davam edir və erməni mətbuatı Viqen Sarkisyanla da bağlı belə korrupsiya faktları ortaya çıxarırlar.

Məsələn, juranlist Marianna Qriqoryanın rəhbərlik etdiyi "medialab.am" saytında dərc edilmiş karikaturada Müdafiə Nazirliyinin ötn il gül və gül kompozisiyalarının alınması üçün dövlət büdcəsindən 7 milyon dram (təqribən 14 min dollar) xərcləməsi lağa qoyulur. Karikaturada gül buketinin önündə dayanmış müdafiə naziri, ondan arxada ayağının birini itirmiş əsgər və əsgərə corab tayı göstərən komandir təsvir olunub. Karikaturada Müdafiə Nazirliyinin gül dəstələri üçün 7 milyon dram xərclədiyi qeyd olunur. Və komandir əsgərə deyir: “Sənin bir ayağın var, deməli corabın bir tayı da bəsindir”. Yəni bu, erməni cəmiyyətində ordudakı vəziyyət barədə barədə ictimai rəyin inikasıdır. 

Buna görə, erməni analar uşaqlarını Ermənistan ordusuna vermək istəmirlər və oğlanlar 15-16 yaşına çatanda bir yolla Ermənistandan çıxarılaraq Rusiyaya göndərilir. Bunu statistika xidmətinin rəqəmləri də süğut edir. Əgər Ermənistanda hər il natamam orta məktəblər 30 min şagird bitirirsə, orta məktəbi bitirənlərin sayı 20 minə düşür. Yəni 10 minə yaxın gənc ölkəni tərk edir ki, bunun da böyük hissəsini oğlanlar təşkil edir. Buna görə də, ölkə də çağırış yaşına çatmış 6-7 min gənc qalır ki, bununla nəinki Ermənistan ordusunu, heç Qarabağda sayı 25 minə çatan ordu hissələrini sıravi əsgərlə təmin etmək mümkün olmur. Yeni qurum ermənilər arasında vətənpərvərlik hissələrini gücləndirməlidir ki, uşaqlarını Rusiyaya qaçırmasınlar.

Yeni qurum Azərbaycana qarşı da informasiya hücumları təşkil etməlidir. Artıq bu istiqamətlərdə də işlər görülür. Məsələn, son günlərdə erməni KİV-lərində Rusiyanın Ermənistana nəzərdə tutulandan əlavə «Kornet» tipli raket əleyhinə komplekslər verildiyi iddia edilən əsassız xəbərlər yayıldı. Bu, Azərbaycan ictimaiyyəti üçün nəzərdə tutulsa da erməni gənclərində də ordularının güclü olmasına inamı artırmalı idi.

Amma istənilən halda, belə görünür ki, hələlik Ermənistanın yeni qurumu erməni curnalistlərə qarşı hücumlara daha çox üstünlük verir. Məsələn, medialab.am saytınının rəhbəri Marianna Qriqoryan öz "Facebook" səhifəsindəyazır ki, Viqen Sarkisyanın karikaturası dərc olunandan sonra ona qarşı təhdidlər təşkil edilməyə başalyıb. Hansısa qüvvələr müdafiə naziri Viqen Sarkisyanı təhqir etdiyinə görə Marianna Qriqoryanı zorlamaqla hədələyirlər. Görünür, Viqen Sarkisyanın yaratmaq istədiyi qurum hökumət təsdiqindən qabaq belə fəaliyyətə başlayıb.

 

Paris Şuşada təslim oldu

Xəbər xətti

"Lion"İkinci liqaya göndərildi
08:10 25.06.2025
16 yaşlı qızı qaçırmaqda ittiham olunan din xadimi vəzifəsindən azad edildi
07:35 25.06.2025
Qeyri-rəsmi nikahda əmlak bölgüsü necə olur?
07:00 25.06.2025
“İranın nüvə silahı olmayacaq”
06:30 25.06.2025
"Fənərbaxça" iki ulduz futbolçunu transfer etmək istəyir
06:00 25.06.2025
Haaqa Sammitində son dövrlərin ən böyük silahlanma proqramı qəbul oluna bilər
05:32 25.06.2025
“WhatsApp”ın ödəniş sisteminə keçdiyi elan edildi
05:30 25.06.2025
Qarpız mövsümü gəldi
05:00 25.06.2025
"ABŞ İrana uranı zənginləşdirməyə icazə verməyəcək"
04:56 25.06.2025
Bu bürclər varlanacaq
04:30 25.06.2025
Türkiyə və Qətər XİN-ləri regiondakı vəziiyyəti müzakirə etdilər
04:00 25.06.2025
Azərbaycan stendi Peruda beynəlxalq sərgidə maraqla qarşılanıb
03:36 25.06.2025
" İran nüvə proqramından əl çəkməyəcək"
03:03 25.06.2025
Yüksək Təzyiqi olanlara kömək edən göyərti məlum oldu
02:45 25.06.2025
"Avropa Birliyi ölkələri Türkiyə ilə əməkdaşlıq etməlidir"
02:23 25.06.2025
Klublararası dünya çempionatı: "Benfika" və "Bavariya" növbəti mərhələdə
02:01 25.06.2025
"300 min manat kredit borcum var"
01:58 25.06.2025
Ərdoğan və Tramp arasında görüş baş tutdu
01:54 25.06.2025
Zelenski və Makron görüşdü
01:41 25.06.2025
Sovet dövrünün adamları niyə çox yaşayırlar?
01:39 25.06.2025
Paris Şuşada təslim oldu
01:23 25.06.2025
Tramp Nobel Sülh Mükafatına namizəd göstərildi
01:10 25.06.2025
İsrail dronları İranın Rəşt şəhərinin ətrafına hücum edib
01:03 25.06.2025
"İsrail məqsədlərinə nail ola bilmədi"
00:55 25.06.2025
Erməni deputatın Rusiyaya girişi qadağan edildi
00:40 25.06.2025
Ceyranbatanda KÜÇƏ İTİ nənə və nəvəyə hücum edib
00:25 25.06.2025
" İran Silahlı Qüvvələri əhəmiyyətli taktiki potensialı saxlayır"
00:16 25.06.2025
Tramp NATO baş katibinin şəxsi mesajını sosial şəbəkədə paylaşdı
00:10 25.06.2025
Üç min avtomobillə dolu gəmi Sakit okeanda batdı
23:55 24.06.2025
"İsrail və İran arasındakı atəşkəs razılaşması qüvvədədir"
23:40 24.06.2025
Donald Trampa impiçment elan oluna bilər
23:25 24.06.2025
"Serbiyanı heç kim düşünmür"
23:10 24.06.2025
"İrana qarşı kampaniya bitməyib"
22:55 24.06.2025
Dövlət xidmətləri sadələşdiriləcək
22:40 24.06.2025
Neymar "Santos"da qalır
22:25 24.06.2025
Azərbaycan-İran sərhədində radiasiya artımı var?
22:10 24.06.2025
Yeni unikal qan qrupu kəşf edildi
21:55 24.06.2025
"Aİ vətəndaşlarının təxliyəsinə kömək etdiyinə görə Azərbaycana minnətdarıq"
21:49 24.06.2025
Sertifikasiya imtahanlarında 5 945 müəllim iştirak edib
21:34 24.06.2025
Mahir Emreli Almaniya klubunda 10 nömrəli formanı geyinəcək
21:19 24.06.2025
Hamısı